XALİD İBN VALİD

(21/642-ci ildə vəfat etmişdir) – tanınmış ordu sərkərdəsi olmuşdur. Məhzumilərdən olan Xalid Məkkədə doğulmuşdur. Hicrətin 7-ci ilində İslamı qəbul etmişdir. İlk zamanlar Xalid müsəlmanların düşməni olub, onlara qarşı döyüşmüşdür. Hüdeybiyyə anlaşmasına qədər o məkkəlilərin yaraqlı dəstələrinin başçılarından biri olmuşdur. Elə o zaman onun yüksək sərkərdəlik bacarığı üzə çıxmışdır. Elə onun taktiki gedişlərinin sonu məkkəlilər Uhud döyüşündə müsəlmanlara qalib gələ bilmişdirlər. Ancaq Hüdeybiyyə anlaşması reallaşdıqdan sonra Xalid Məhəmməd peyğəmbərin yanına gedərək İslamı qəbul etmişdir. Hicrətin 8-ci ilində Xalid ilk dəfə müsəlman ordusuna qatılaraq bizanslılara qarşı Muta döyüşündə vuruşmuşdur. Müsəlmanlar Məkkəni fəth etdikdə Xalid süvarilərə başçılıq etmiş, qureyşlilərin azsaylı dəstələrinin müqavimətini qıra bilmişdir. Məkkə alındıqdan sonra Məhəmməd peyğəmbər onu ərəblərin tapındıqları Üzza bütünü sındırmağa göndərmişdir. Sonra Hüneyn döyüşündə iştirak etmiş Xalid orada ağır yaralanmışdır. O, Taifin mühasirəyə alınmasında da iştirak etmişdir. Məhəmməd peyğəmbər vəfat etdikdən sonra xəlifə Əbu Bəkr Xalidi zəkat verməkdən boyun qaçıran ərəb qəbilələrinə qarşı vuruşmağa göndərmişdir. Onun başçılıq etdiyi qoşun Büzahədə yalançı peyğəmbər Tüleyhəni və onun davamçılarını darmadağın etmişdir. Sonralar Xalid yalançı peyğəmbər Müseyliməyə qarşı Yəmmaməyə yürüş edərək qoşununu darmadağın etmiş, onun özünü isə öldürmüşdür. Yalançı peyğəmbərləri öldürdükdən sonra Xalid zəkat verməkdən boyun qaçırmış qəbilələrə qarşı yürüş etmiş, onları vergi verməyə məcbur etmişdir. Hicrətin 12-ci ilində Xalid ibn Valid İraqa İran ordusu ilə döyüşə yollanmışdır. İki ay qızğın döyüşlərdən sonra onun başçılığı etdiyi ordu İran qoşununu tamamilə darmadağın etmiş, Fərat çayının sahillərini ələ keçirmişdir. Hicrətin 13-cü ilində Xalid Bizans ordusuna qarşı döyüşərək Əcnadeyn, Dəməşq, Xoms, Qüdsü ələ keçirmişdir. Onun başçılığı ilə Yərmuk döyüşündə bizanslıların ordusu darmadağın edilmişdir. Bu qələbələrdən sonra bütün Suriya müsəlmanların əlinə keçmişdir. Xalid ibn Valid Suriyanın Xoms şəhərində xəstələnərək vəfat etmişdir.
HÜZEYFƏ İBN YƏMƏN
XARİCİLƏR
OBASTAN VİKİ
Heysam ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. == Fəaliyyəti == Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Heysəm ibn Xalid

Məhəmməd ibn Xalid
Məhəmməd ibn Xalid – Ərəb Xilafətinin təyin etdiyi Ərməniyyə və Azərbaycan valisi, Şirvanşahlar dövlətinin əsasını qoymuş Heysam ibn Xalidin qardaşı. Xalid ibn Yezidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə və Arrana vali qoydu və Tiflisdə üsyan qaldırmış İshaqın üzərinə getməyi əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan Məhəmməd İshaqla müharibədə məğlubiyyətə uğradı və elə həmin il Dərbənddə Buğa əş-Şərabi tərəfindən devrildi. Xəlifə Mütəvəkkil Dərbənd şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. Xəlifənin əmri ilə Məhəmməd türk Əbu Musa ilə birgə İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı fəaliyyəti Dərbəndin qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" (xristian albanlara)qarşı yürüşlərlə bağlı olmuşdur. H.242 (846)-ci ildə o, Buğa əl-Kəbirin köməyilə yenidən Azərbaycan, Ərminiyyə və Arranın valiliyinə qaytarılmışdır.
Xalid ibn Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir. O, bir il sonra bu vəzifədən istefa verir və 642-ci ildə vəfat edir. 1666.
Xalid ibn Yezid
Xalid ibn Yezid ibn Muaviyyə — Əməvilər sülaləsindən olan üçüncü ərəb xəlifəsi Yezidin oğlu. Vəliəhd. Xalid ibn Yəzid əş-Şeybani — Ərəb Xilafətinin Azərbaycan və Ərməniyyə hakimi.
Xalid ibn Yezid (hakim)
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Xalid
Xalid — kişi adı və soyad.
Beni-Valid
Beni-Valid-Liviyada şəhər == Liviya vətəndaş müharibəsi == 2011-ci il Liviya Vətəndaş Müharibəsində, Qəddafi əleyhinə qüvvələr Avqustda Tripoli və Sentyabrda Səbhanı ələ keçirdikdən sonra Bani Valid, Sirt ilə birlikdə, Müəmmar Qəddafinin devrilmiş hökumətinə sadiq qüvvələrin saxladığı iki son dayaqdan biri idi. Sentyabr və oktyabr ayının əvvəllərində şəhəri əhatə edən Qəddafi əleyhinə qüvvələr ilə onu müdafiə edən Qəddafi sadiq qüvvələri arasında qarşıdurmalar oldu; nəhayət 17 oktyabrda şəhər alındı. Fin şirkəti Perusyhtymä (bu gün YIT) 1980-ci illərdə şəhərdə tüfəng və bəlkə də digər silahların yığılması üçün istifadə olunan bir fabrik inşa etdi. NATO şəhərdəki iki "komanda mərkəzi" və bir döyüş sursatı zərbəsini vurduğunu bildirdi. Sonuncuların əvvəlcə Finlər tərəfindən inşa edildiyi mümkündür. Bani Vəlidə 200 Fin mühəndis və digər mütəxəssis çalışdı. Bəzilərinin ərazidə ailələri var idi. "Çirkli işlər" Filippindən təxminən 2000 ucuz işçi tərəfindən edildi. Finlandiyada KİV 1994 və 2011-ci illərdə silah fabrikinin inşasını tapdı. 1980-ci illərdə Liviya Sovet İttifaqından sonra Finlandiya inşaat sənayesi üçün ikinci ən böyük ixracat ölkəsi idi.
II Valid
II Valid və ya Valid ibn Yəzid (ərəb. الوليد بن يزيد‎ 706 — 17 aprel 744) — 743-744-cü illərdə hakimiyyətdə olmuş əməvi xəlifəsi. Hakimiyyəti əmisi Hişam ibn Əbd əl-Malikdən almışdır. II Valid 6 fevral 743-cü ildə Hişamın vəfatından sonra taxta çıxmışdır. Ət-Tabari Validin bir neçə şeirindən misal çəkir. Valid kənizdən olan iki oğlunu varisi elan etdikdən sonra ailə daxilində gərginlik yaranmış və sonda o qətlə yetirilmişdir. Validin xələfi əmisi oğlu III Yezid olmuşdur. == Ədəbiyyat siyahısı == Muhammad ibn Jarir al-Tabari. History, v. 26 "The Waning of the Umayyad Caliphate, " transl.
Valid Daqayev
Valid Şitayeviç Daqayev(çamor. Ва́лид Шита́евич Дага́ев; 30 iyun 1940, Qroznı – 22 sentyabr 2016, Qroznı)— Sovet, rus çeçen müğənnisi, musiqiçisi, bəstəkarı, xalq mahnılarının ifaçısı, Çeçen-İnquş MSSR Xalq artisti (1970), RSFSR-in əməkdar artisti (1972), RSFSR xalq artisti (1988), medal sahibi. Əhməd Kadırov ordeni (2009) laureatı.. Valid Daqayev Yeni Aldı kəndində anadan olub. 23 fevral 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası başlandı. Köçürmə zamanı çəkdiyi çətinliklər onun görmə qabiliyyətini itirməyə başlamasına səbəb oldu. Uşaqlıqdan mahnı oxumağı çox sevirdi. O, musiqi alətinə sahib olmaq arzusunda idi, lakin ailənin onu almağa imkanı yox idi. Adi çubuqda oyunu təqlid edərək barmaqlarını taxtaya döyürdü. Xalası tezliklə ona balalayka hədiyyə verdi.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.
Valid Məmmədli
Məmmədov Valid Nizami oğlu (28 iyun 1960, Bakı – 22 iyun 2010, Bakı) — Heykəltəraş. Məmmədov Valid Nizami oğlu, 1960-cı ilin iyun ayının 28-də Bakıda məşhur diktor Nizami Məmmədovun ailəsində anadan olmuşdur. 1980-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun, heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspranturasında oxumuşdur, Moskva - Rusiya (SSRİ) 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının Rəssamlar Emalatxanasında heykəltaraş işləmişdir. 1992-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq emalatxanasında heykəltaraş işləmişdir. 2008-2010-cu illərdə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Əlif Sənət İstehsalları Dizayn və Tətbiqi Sənət Şirkətində Kasımpaşada ucaldılan Fateh Sultan Mehmetin Heykəli layihəsinin hazırlanması və tətbiq olunması mövzusunda iş müqaviləsi (Prof. Dr. Ömər Eldarovla birlikdə) 1983-2010-cu illərdə Rusiya (Moskva, Sankt-Peterburq), Polşa, Almaniya, Ukraynada, Londonda keçirilən müxtəlif rəssamlıq və heykəltaraşlıq sərgilərində işlərini nümayiş etdirib 2009-cu il - Bakıda və Bərdədə Azərbaycanın Müstəqilliyi uğrunda həlak olmuş şəhidlərə abidə, Bakıda, Zaqatalada, Lənkəranda dekorativ heykəl kompleksləri. Şah İsmayıl Xətai, Masallı - Azərbaycan (2006); Zərdüşt, Yuxu, Azərbaycan, Zəvvar, Bremen məzhəkəçiləri Ankarda Masal adası uşaqlar üçün əyləncə kompleksində ucaldılan heykəllərin yaradılmasında bir qrup heykəltaraşla müştərək iştirak etmişdir.
Valid Sənani
Valid Sənani (tam adı: Valid Möhsün oğlu Sənani; d.12.5.1935 İçərişəhər - v. 23.1.2011, Bakı) — televiziya işçisi, ssenarist. 1935-ci il mayın 12-də İçərişəhərdə, məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. Atası Möhsün Sənani məşhur aktyor olub. 1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 23 yanvar 2011-ci ildə vəfat edib. 1961-ci ildə Ofeliya Sənani ilə ailə qurub. 1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var. Aktyor Möhsün Sənaninin oğludur.
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Xalid ibn Yəzid əş-Şeybani

Xalid ibn Məhəmməd Əl Nəhayan
Xalid ibn Məhəmməd ibn Zeyd Əl Nəhayan, (ərəb. خَالِد بن مُحَمَّد بن زَايد آل نَهيَان‎; 8 yanvar 1982, Əbu-Dabi) — Birləşmiş Ərəb Əmirliklərində siyasi xadim, Əbu-Dabi Əmirliyinin hakim ailəsi olan Əl Nəhayan sülaləsinin üzvü, Vəliəhd Şahzadə. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Məhəmməd ibn Zeyd Əl-Nəhayanın böyük oğlu. Şeyx Xalid Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd ibn Zeyd Əl-Nəhayanın böyük oğlu və Əbu-Dabi əmirliyinin hakim sülaləsi Əl Nəhayan ailəsinin üzvüdür. Anası Şeyxə Sələmə ibn Həmdan Əl Nəhayandır. Atası Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd ibn Zeyd Əl-Nəhayan rəsmən varisinin adını çəkməyib. Lakin o, əmiləri Şeyx Mənsur ibn Zeyd və Şeyx Təhnun ibn Zeydlə birlikdə taxt-taca iddialılardan biridir. Şeyx Xalidin Şarja Amerika Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi və London Kral Kollecində müharibə elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Bundan əlavə, Şeyx Xalid Sandherst Kral Hərbi Akademiyasında bir illik zabit hazırlığı kursunu bitirib. 15 fevral 2016-cı ildə Xalid Milli Təhlükəsizlik İdarəsinin rəhbəri təyin edilib.
Valid əl-Şəhri
Valid əl-Şəhri (ərəb. وليد الشهري‎; 20 dekabr 1978[…], Əsir bölgəsi[d][…] – 11 sentyabr 2001[…]) — 11 sentyabr terror aktları çərçivəsində Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə dəyərək qəzaya uğrayan Amerika Hava Yolları reys 11 ilə uçan təyyarəni qaçıran beş nəfərdən biri. Səudiyyə Ərəbistanında anadan olan Şəhri, ruhi xəstə qardaşını Mədinəyə aparanadək bir tələbə idi. Daha sonra qardaşı Vail ilə birlikdə Çeçenistana döyüşməyə getdi, lakin Əfqanıstana yönləndirildi və hücumlara cəlb olundu. Şəhri ABŞ-yə 2001-ci ilin aprel ayında turizm vizası ilə gəldi. 11 sentyabr 2001-ci ildə Valid qardaşı Vail ilə birlikdə Amerika Hava Yolları reys 11 ilə uçan təyyarəyə mindi və Məhəmməd Attan onu Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpması üçün təyyarəni qaçırmağa kömək edən beş nəfərdən biri oldu. Qardaşı Vail kimi müəllim olmaq üçün təhsil alan Valid əş-Şəhri Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən və Yəmənlə həmsərhəd olan Əsir adlı kasıb vilayətdən idi. Şəhrin ailəsi İslamın vəhhabi məktəbinə bağlı olduğundan, o, çox mühafizəkar bir ailədə böyüdü. Evdə televizor və interneti yox idi və razılaşdırılmış evlilik yaşına çatana qədər ona musiqi dinləməsi və ya qızlarla əlaqə qurması qadağan edilmişdir. İlkin qəzet məqalələrində Validin pilot sertifikatını 1997-ci ildə Embri-Riddl Aviasiya Universitetində qazandığı deyilirdi.
Leyla Xalid
Leyla Xalid (9 aprel 1944, Hayfa) — == Həyatı == 1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı. Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı. Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi.
Xalid Ağcatəpə
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Xalid Gözəlov
Xalid Hassan
Xalid Kazımlı
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Qaradağlı
Xalid Qaradağlı (1822, Qaradağlı, Dağıstan MSSR – 1875) — XIX əsr Azərbaycan şair-satirik və aşığı. Dağıstan azərbaycanlılarının (Tərəkəmə) fərdi (müəllif) poeziyasının banilərindən biri hesab olunur. 1822-ci ildə Qaradağlı kəndində anadan olub. Atası oğluna dini təhsil vermək arzusunda idi, lakin Xalid mədrəsəni bitirdikdən sonra din xadimi olmaq istəmir və özünü poetik yaradıcılığa həsr edir. Təhsilini bitirdikdən sonra Xalid qazi oldu. O, yaradıcılığının anti-feodal yönümlü olması ilə məşhurlaşır. Xalid öz satirik əsərlərində cəmiyyətin sosial çirkinliklərini, feodal istismarını tənqid edir. "Xalidin Şikayəti"ndə aşıq Xalid insanların hiyləgər, satqın olmasından şikayətlənir. Dosta belə güvənmək bəzən çətin olur: "… yüz dosta, bir qram belə güvən haradan gəlir? İnsanlar azıb şeytan simasına bürünüblər…".
Xalid (müğənni)
Xalid Donnel Robinson (ing. Khalid Donnel Robinson; 11 fevral 1998, Fort Stüart[d], Corciya) — amerikalı müğənni və mahnı yazarı. O, Right Hand Music Group və RCA Records şirkəti ilə müqavilə bağlayıb. Xalid 2017-ci ildə buraxdığı ilk studiya albomu "American Teen" ilə tanınma qazanıb. Bu albom RIAA tərəfindən 4 dəfə platin sertifikata layiq görülüb.
Xalid Hrub
Xalid Hrub (ərəb. خالد الحروب‎; 2 aprel 1964) — Fələstin akademiki, İslam Araşdırmaları Mərkəzinin baş elmi işçisi və Kembric Universitetində Kembric Ərəb Media Layihəsinin (CAMP) koordinatoru. O, həmçinin Qətərdə yerləşən Şimal-Qərb Universitetində Yaxın Şərqşünaslıq professorudur.